Kompüter cihazlarının sürətli inkişafından sonra əvvəllər otaqlara yerləşməyən kompüterləri artıq masalarımızın üzərinə rahatlıqla yerləşdirə bilirik. Günümüzdə kompüterlər stolüstü və dizüstü olmaqla iki yerə ayrılıb. Dizüstü kompüterləri stolüstü kompüterlərin daha da kiçilmiş versiyası kimi hesab etmək olar. Dizüstü kompüterlər günü gündən dahada balacalaşır və buda onları daşımağı çox asanlaşdırır. İnsanlar kiçilmiş kompüterləri artıq dizlərinin üzərində rahatlıqla işlədə bilirlər. Bir zamanlar otaqlara sıxmayan kompüterlər artıq insanların dizlərinin üzərində onların işlərini yerinə yetirməkdə yardımçı olur.
Hər nə qədər biz bu kompüterlərlə yaxından tanış olsaqda, təəssüf ki, onu düzgün formada adlandırmırıq. İngilis dilində “Notebook” adlanan dizüstü kompüterlər dilimizdə “noutbuk” kimi yazılmaqdadır. Ancaq bu yanlışdır. Azərbaycan dilinin orfoqrafiya lüğətinə əsasən düzgün yazılış “notbuk” şəkilindədir. Dilimizə keçmiş yeni sözləri düzgün formada işlətmək dilimizin zənginliyini qorumaq adına hər birimizin borcu olmalıdır.
İnsanlar nə üçün notbuk sözünü düzgün yazmır?
Dilimizdə rus dilli alınma sözlər çoxdur. Rus dilində olan “ноутбук” sözüdə bunlardan biridir. Rus dilindən tərcümədə olduğu kimi yazıldığından bu söz yanlış tərcümə edilmişdir. Bu səbəblə hələdə bu söz düzgün yazılmamaqdadır.
2021-ci ildə dərc olunmuş və içərisində “notbuk” sözünün düzgün yazılışı da qeyd olunmuş Azərbaycan dilinin Orfoqrafiya lüğətini bu linkdən endirə bilərsiniz.